Bu gün İsmayıllıda yoldaşlıq futbol oyunu baş tutub. Bu haqda ShimalNews 24 avqust tarixində Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsinə (DŞRGİİ) istinadən məlumat verir.
Yarış Aşağıbaş kənd stadionunda keçirilib. Burada 14 yaşlı qızlardan ibarət İsmayıllı FK və Sabirabad FK klubları mübarizə aparıblar. Yekunda Tərlan Vahidovun rəhbəri olduğu İsmayıllı FK 4-0 hesabı ilə qalib gəlib.
Tədbir DŞRGİİ-nin və İsmayıllı FK-nın birgə təşkilatçılığı ilə həyata keçirilib. Məqsəd qız futbolçuların ustalığının yüksəldilməsi, regionda qadın futboluna marağın gücləndirilməsi və asudə vaxtlarının səmərəli təşkil edilməsi olub.