İsmayıllı rayonunda Zərgəran avtomobil yolunun təmiri davam edir. Bu haqda ShimalNews 24 avqust tarixində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadən məlumat verir.
Zərgəran avtomobil yolu Muğanlı–İsmayıllı magistralının 20-ci kilometrindən ayrılır. Təmir olunan yolun uzunluğu 2,9 km, eni ortalama 5 metr təşkil edir.
Yararsız asfalt və çınqıl örtüyü olan yol 4-cü texniki dərəcəyə uyğun təkmilləşdirilib. Yolun bünövrəsinin tikintisi, çiyinlərin bərkidilməsi və asfalt-beton örtüyünün döşənməsi işləri aparılıb. Yolboyu suyun ötürülməsi üçün mövcud dəmir-beton borular bərpa edilib.
Sonda yol nişanlarının quraşdırılması və üfüqi nişanlanma xətlərinin çəkilməsi planlaşdırılır.
