Bu gün Vətən müharibəsinin şəhidi Cahan Məmmədzadənin mövlud günüdür. Onun 29 yaşı tamam olacaqdı.

Cahan 1994-cü il avqustun 24-ü İsmayıllı rayonunun Təzəkənd kəndində anadan olub. Gizir Məmmədzadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində son günədək iştirak edib.

Cahan Məmmədzadə noyabrın 7-də Şuşa döyüşləri zamanı qəhrəmancasına şəhid olub. O, ölümündən sonra “Vətən uğrunda”, “Şuşanın azad olunmasına görə”, “Hərbi xidmətlərə görə” medalı ilə təltif edilib.

Nişanlı idi.