İsmayıllı rayonunda Dövlət Əmək Müfəttişliyi Xidməti maarifləndirmə tədbiri keçirib. Bu haqda ShimalNews 24 avqust tarixində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə istinadən məlumat verir.

Toplantı “Əmək müqaviləsinə xitam verilməsinin əsasları, qaydaları və bu zaman işçilərin təminatları” mövzusunda baş tutub. Tədbirə hökumət və qeyri-hökumət qurumlarının nümayəndələri, ümumilikdə 100 nəfərdən çox şəxs qatılıb.

İştirakçılar mövzu ilə bağlı təqdimatlarla çıxış ediblər. İşəgötürənlə işçi arasında əmək münasibətlərinin tənzimlənməsi üzrə əmək qanunvericiliyinin tələbləri tədbir iştirakçılarının diqqətinə çatdırılıb.