İsmayıllının icra başçısı Nahid Bağırov Sədiyan kəndində sakinlərlə görüş keçirib. Bu barədə ShimalNews 24 avqust tarixində RİH-yə istinadən məlumat verir.
Tədbirdə İH nümayəndələri və hüquq-mühafizə orqanlarının rəhbərləri iştirak ediblər. Sakinləri narahat edən məsələlər məsul şəxslərin iştirakı ilə araşdırılıb. Bir sıra çətinliklər yerində həll olunub, icrası zaman tələb edən məsələlər isə nəzarətə götürülüb.