İsmayıllıda gənclər üçün ustad dərsləri keçiriləcək. Bu haqda ShimalNews 24 avqust tarixində Gimnastika Federasiyasına istinadən məlumat verir.

İdman tədbiri avqustun 25-i saat 12:00-da Olimpiya İdman Kompleksində start alacaq. Məşqçi Dilbər İbrahimova və xoreoqraf Abid Aslanov tərəfindən bədii gimnastika, eləcə də hip-hop və modern rəqslər üzrə ustad dərsləri təqdim ediləcək.