Qubada qanunsuz kömür istehsalının qarşısı alınıb. Bu barədə ShimalNews 24 avqust tarixində Ekologiya və Təbii Sərvətlər Nazirliyinə istinadən məlumat verir.
Araşdırma zamanı məlum olub ki, Tülər kənd sakinləri həyətyanı ərazilərində ağac kömürünün istehsalı ilə məşğul olublar. Nəticədə Müslüm Mürsəliyev və Mübariz Nurullayev məsuliyyətə cəlb olunublar.
Həmin şəxslər barəsində akt, protokol tərtib edilərək qanunamüvafiq tədbirlər görülüb. Kömür quyuları isə ləğv olunub.