Xudat sakinləri elektrik təminatı ilə bağlı narahatlıqlarla üzləşirllər. Bu barədə ShimalNews-a 27 yanvar tarixində məlumat daxil olub.
Bu hal Süleyman Rəhimov küçəsində müşahidə olunur. Vətəndaşlar bildirirlər ki, işıq problemi həmişə olub, lakin mart ayından bu günədək vəziyyət daha da pisləşib.
“Hər gün işığımız sönür. Yananda isə videoda gördüyünüz kimi, ardıcıl olaraq, azalıb-çoxalır. Elektrik avadanlıqlarımız sıradan çıxır. Dəfələrlə aidiyyəti qurumlara müraciət etmişik. Nə fayda? Gəlib yoxlayan yoxdur ”, – deyə sakinlərdən biri bildirib.