Xaçmaz rayonunda yanğın baş verib. Bu haqda ShimalNews 23 avqust tarixində Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən məlumat verir.

Hadisə Qusarçay kəndində qeydə alınıb. Ümumi sahəsi 18 kv.m olan talvarın yanar konstruksiyaları və altına yığılan 1,6 ton ot bağlamasının 1 tonu yanıb.

Əraziyə cəlb edilən yanğınsöndürənlər ot bağlamalarının qalan hissəsini və yaxınlıqdakı tikililəri yanğından mühafizə ediblər.