Xaçmazda 3 nəfər dənizdə batma təhlükəsi ilə üzləşib. Bu haqda ShimalNews 23 avqust tarixində Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən məlumat verir.
Hadisə “Xaçmaz” sularda xilasetmə məntəqəsindən kənarda qeydə alınıb. Qeyri-çimərlik ərazidə çimən 3 nəfər batma təhlükəsi ilə üz-üzə gəlib. Onlar FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən xilas olunublar.