Xaçmaz rayonunda minik avtomobili alovlanıb. Bu haqda ShimalNews 23 avqust tarixində Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən məlumat verir.
“Daewoo” markalı minik avtomobilinin yanar hissələri Çuxuroba kəndi ərazisində yanıb. Hadisə yerinə cəlb edilən yanğından mühafizə bölmələri alovu söndürüblər. Onlar yaxınlıqdakı elektrik dirəyini yanğından mühafizə ediblər.