Xaçmazda Birinci Qarabaq müharibəsi şəhidi Adil Niftəliyevin dəfn mərasimi baş tutacaq. Bu barədə ShimalNews 23 avqust tarixində Rayon İcra Hakimiyyətinə istinadən məlumat verir.

RİH-nin başçısı Elnur Rzayev bu gün Kiçik Baraxum kəndində şəhidin yaxınları ilə görüşüb. Mərasim 24 avqust saat 15:00-da Baraxum kəndində təşkil olunacaq.

Niftəliyev Adil Kamal oğlu 1966-cı il iyulun 24-də Xaçmazın Kiçik Baraxum kəndində anadan olub. Birinci Qarabağ müharibəsi başlayanda könüllü cəbhəyə gedib. Malıbəyli, Kərkicahan, Kosalar kəndləri uğrunda gedən döyüşlərdə fəal iştirak edib. 1992-ci il yanvarın 26-da Daşaltı əməliyyatı zamanı itkin düşüb. Ondan sonra ailəsi Adil haqqında heç bir xəbər almayıb.

Adil Niftəliyevin meyitinin qalıqları 31 ildən sonra Şuşa rayonunun Daşaltı kəndi ərazisində aşkar edilib.

Xaçmaz: 31 ildən sonra şəhidin dəfn mərasimi keçiriləcək
Foto RİH