Quba və İsmayıllı rayonlarında payız əkin mövsümünə hazırlıq işləri aparılır. Bu barədə ShimalNews 23 avqust tarixində Meşələrin İnkişafı Xidmətinə istinadən məlumat verir.

Əkin zamanı meşə sahələrində palıd, fıstıq, vələs, ağcaqayın, qarağac, çinar, cökə, göyrüş və digər müxtəlif cinsli ağaclar əkiləcək və toxumlar səpiləcək.

Hazırda torpaq hazırlığı işləri aparılır. Bundan əlavə, Regional Meşə Təsərrüfatı Mərkəzlərinin tinglik sahələrində xidmət, suvarma işləri aparılır, tinglərə üzvi və mineral gübrələr verilir.