Qusar, Quba, Xaçmaz rayonlarında əlilliyi olan qadın və qızların ictimai xidmətlərə çıxışının təkmilləşdirilməsinə dair layihənin tədbiri baş tutub. Bu barədə ShimalNews 23 avqust tarixində Əlil Qadınlar Cəmiyyətinə istinadən məlumat verir.
İki günlük təlimlər Bakı şəhərindəki Çıraq Plaza Hoteldə keçirilib. Görüşdə səhiyyə, ədliyyə, məşğulluq, təhsil, hüquq mühafizə sahələrində fəaliyyət göstərən qurumların əməkdaşları iştirak ediblər.
Təlimçi Günel İbrahim tərəfindən keçirilmiş sessiyada müxtəif növ əlilliyi və kommunikasiya çətinlikləri olan qadın və qızlarla peşəkar etik ünsiyyət və onlara xidmət göstərməyə dair kommunikativ bilik barədə məlumat verilib.