Futbol üzrə Azərbaycanın II Liqasının püşkü atılıb. Bu haqda ShimalNews 23 avqust tarixində AFFA-ya istinadən xəbər verir.
Mərasimdə Peşəkar Futbol Liqasının vitse-prezidenti Aslan Şahgəldiyev, texniki-idman direktoru Elgiz Abbasov, media və marketinq direktoru Sənan Abdullayev və klubların nümayəndələri iştirak ediblər.
Püşkün nəticəsinə əsasən, “Qusar” futbol klubu 2023/2024 mövsümün ilk turunda “Lerik”in qonağı olacaq. Qeyd edək ki, II Liqa matçları sentyabrın 4-də start götürəcək.