Qusar rayonunda yerləşən fermada yanğın baş verib. Bu haqda ShimalNews 23 avqust tarixində Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən məlumat verir.

Urvaoba kəndində qeydə alınan hadisə zamanı ümumi sahəsi 420 kv.m olan tikilinin dam örtüyünün yanar konstruksiyaları 12 kv.m sahədə, yaxınlıqda ümumi sahəsi 72 kv.m olan talvarın yanar konstruksiyaları 50 kv.m sahədə və altına yığılan 6 ton ot bağlamasının 4,5 tonu yanıb. Bundan əlavə, ferma ərazisində 2 ha biçilmiş taxıl sahəsi kül olub.

Fermanın, talvarın və ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın söndürülüb.