Quba şəhəri ərazisində yolun hərəkət hissəsində qapaqsız qalan kanalizasiya quyuları təhlükə saçır. Bu haqda ShimalNews-a 23 avqust tarixində məlumat daxil olub.
Söhbət M.P. Vaqif küçəsindən gedir. Burada kanalizasiya quyusu 20 gündür ki, açıqdır. Əliqulu Nərimanov küçəsində isə həmin hal 6 aydan çoxdur ki, yaşanır.
“Quyuların qapaqsız qalmasına öyrəşmişik, yerini də bilirik. Lakin bir anlıq fikrimiz yayılsa, qəza qaçılmaz olacaq. Bəs şəhəri tanımayanlar, turistlər? Neçəsinin maşını bu quyulara düşüb”, – deyə sürücülərdən biri bildirib.