Qubada bir neçə küçədə baş verən qəzaların fəsadları aylardır aradan qaldırılmır. Bu haqda ShimalNews-a 23 avqust tarixində məlumat daxil olub.
Aprel ayında Qırmızı qəsəbədən Qusar istiqamətində hərəkət edən yük avtomobili dərəyə aşaraq, yolun kənarındakı hasarı sındırmışdı.

4 ay öncə Heydər Əliyev prospekti ilə Memar Əcəmi küçəsinin kəsişməsində qəza baş verib. Nəticədə birmərtəbəli tikilinin divarının aqlay örtüyü dağılıb.

Heydər Əliyev prospekti ilə Həsən Əliyev küçəsinin kəsişməsində baş vermiş qəzadan bir aydan çox vaxt keçib. Yol-nəqliyyat hadisəsi zamanı dağılan hasar hələ də bərpa olunmayıb.

Heydər Əliyev prospekti ilə Azərbaycan küçəsinin kəsişməsində təqribən iki həftə öncə baş verən yol-nəqliyyat hadisəsində divar zədələnib. Ərazi lentlənib və səkidə tikinti materialları toplansa da, işlərə hələ başlanılmayıb. Piyadalar bu vaxt ərzində yolun hərəkət hissəsindən istifadə etməli olurlar.
