Samur-Yalama Milli Parkında yoqa və psixologiya həvəskarları üçün tədbir təşkil olunacaq. Bu barədə ShimalNews 23 avqust tarixində Ekologiya və Təbii Sərvətlər Nazirliyinə istinadən məlumat verir.

Açıq səma altında təşkil ediləcək yoqa təlimində “Yoga Shahi” studiyasının müəllimi Günel Əliyeva yoqa nəfəs texnikası, sağlam həyat tərzi və şəxsi inkişaf mövzuları barədə danışacaq.  Psixoloji İnkişaf və Maarifləndirmə İctimai Birliyinin sədri, psixoloq Kamil Həmidov və geştalt-terapevt Ayan Tağızadə isə psixoloji sessiyalar keçirəcəklər.

“Təbiətlə harmoniyada” adlı yoqa sessiyası və psixoloji təlimlər 27 avqust tarixində saat 09:30-da başlayacaq.

Tədbirin proqramı:

  • Samur-Yalama Milli Parkı ilə tanışlıq, “Tel bulağı” marşrutu boyunca gəzinti
  • Yoqa təlimi
  • Biblioterapiya
  • Geştalt qrup çalışması

İştirak ödənişsizdir. Bunun üçün link üzrə qeydiyyatdan keçmək lazımdır. Son müraciət 25 avqust saat 17:00-dır.