İsmayıllıda “Gənc Sahibkarlar” mövzusunda tədbir təşkil edilib. Bu barədə ShimalNews 23 avqust tarixində Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsinə (DŞGİİ) istinadən məlumat verir.

Maarifləndirici təlim Kürdmaşı kəndində keçirilib. Gənc iştirakçılara sahibkarlıq imkanlarının artırılması, gənclər tərəfindən startapların dəstəklənməsi, onların maraqlarının müdafiə olunması və yerində dəstəyin təmin olunması ilə bağlı məlumat verilib. Sonda iştirakçıların mövzu ilə bağlı sualları cavablandırılıb.

Tədbir Kiçik və Orta Biznesin İnkişaf Agentliyi və DŞGİİ-nin birgə təşkilatçılığı ilə həyata keçirilib.