İsmayıllıda idman zalı kimi fəaliyyət göstərən müəssisədə yanğın baş verib. Bu haqda ShimalNews 23 avqust tarixində Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən məlumat verir.
Hadisə Çayqovuşan kəndindəki ümumi sahəsi 80 kv.m olan birmərtəbəli tikilidə qeydə alınıb. Zalın yanar konstruksiyaları və içərisində olan avadanlıqlar yanıb.
Alov söndürülüb.