Xaçmaz rayonunda bir nəfər kişi batıb. Bu haqda ShimalNews 23 avqust tarixində Report-a istinadən məlumat verir.
Hadisə Nabran kəndində qeydə alınıb. 43 yaşlı Gəncə şəhər sakini Emin İsmayılovun meyiti rayon ərazisindəki çimərlikdən tapılıb.
Cəsəd Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertizası və Pataloji Anatomiya Birliyinin Xaçmaz rayon şöbəsinə təhvil verilib.
Araşdırma aparılır.