Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunda hərəkət məhdudlaşdırılacaq. Bu haqda ShimalNews 23 avqust tarixində Azərbaycan Avtomobil Yolları Agentliyinə istinadən məlumat verir.
Magistralın 28-ci km-lik hissəsində yerüstü piyada keçidinin tikintisi aparılacaq. Bununla əlaqədar olaraq, 26 avqust saat 01:00-dan 07:00-dək hər iki istiqamətdə yol bağlı olacaq.