Xaçmazda gənc tennisçilər üçün ustad dərsləri keçirilir. Bu haqda ShimalNews 22 avqust tarixində Azərbaycan Stolüstü Tennis Federasiyasına (ASTF) istinadən məlumat verir.

Avqustun 27-dək Olimpiya İdman Kompleksində məşqçilər Elnur Hidayətzadə, Qulu Quliyev, Billurə Eminova və Məryəm İmanovanın təşkilatçılığı ilə master-klaslar davam edəcək. Tədbir təlim-məşq toplanışına qatılan 2014-2015-ci il təvəllüdlü tennisçilər üçün təşkil olunur.