Yenilənib 17:15

Qəza zamanı xəsarət alanların kimliyi bəlli olub. Bu haqda ShimalNews 22 avqust tarixində Bizim.Media-ya istinadən məlumat verir.

Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırılanlar sürücü – Qusarçay kənd sakini, 22 yaşlı Rahib Daşdəmirov və 26 yaşlı sərnişin, Qusarçay kənd sakini Tərlan Məmmədovdur.

—————————————————————————————————————————–

Saat 13:25

Xaçmaz-Bakı yolunda yol-nəqliyyat hadisəsi baş verib. Bu barədə ShimalNews 22 avqust tarixində məlumat verir.

Saat 12:00 radələrində R. Behbudov küçəsində (“Euro House”un qarşısında)  “VAZ-2107” markalı avtomobil dirəyə çarpılıb. Sürücü və avtomobildə olan sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Onlar Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Yararsız hala düşən maşın  ərazidən evakuatorla uzaqlaşdırılıb.

Xaçmaz: “07” dirəyə çarpılıb
Photo Shimal.News