Rayonlar üzrə cari həftənin idman afişası hazırlanıb. Bu barədə ShimalNews 22 avqust tarixində Gənclər və İdman Nazirliyinə istinadən məlumat verir.
21-27 avqust tarixləri aralığında keçiriləcək yarışlar aşağıda təqdim edilib:
Qusar rayonu
– 21 avqust saat 10:00 – “İdman hamı üçün” layihəsi çərçivəsində taekvondo üzrə nümunəvi çıxışlar (6 saylı tam orta məktəb);
– 25 avqust saat 11:00 – Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş məhəllə komandaları arasında futbol turniri (Şirvanlı kənd futbol meydançası);
Quba rayonu
– 24 avqust saat 11:00 – “Pəhləvan Əli” idman klubuna baxış və orada nümunəvi çıxışlar (“Pəhləvan Əli” idman klubu);
Xaçmaz rayonu
– 25 avqust saat 11:00 – Sərbəst güləş üzrə şimal birinciliyi (Xaçmaz Olimpiya İdman Kompleksi);
İsmayıllı rayonu
– 26 avqust saat 10:00 – Sağlam həyat tərzinin təbliğ olunması məqsədilə idman rəqsləri üzrə məşğələ (Uşaq – Gənclər İnkişaf Mərkəzi).