Qusarda taekvondo idman növü üzrə yay təlim-məşq toplanışı keçirilib. Bu haqda ShimalNews 22 avqust tarixində Qusar rayonu üzrə gənclər və idman sektoruna istinadən məlumat verir.

Tədbir açıq havada 6 saylı tam orta məktəbin binası ətrafında baş tutub. “İdman hamı üçün” layihəsi çərçivəsində təşkil edilən təlimdə 25 idmançı iştirak edib. Məşq zamanı gənclər nümunəvi çıxışlar təqdim ediblər.

Layihə çərçivəsində keçirilən tədbir Quba – Xaçmaz Regional Gənclər və İdman İdarəsinin Qusar rayonu üzrə gənclər və idman sektorunun təşkilatçılığı ilə baş tutub.