Quba-Xınalıq yolunda avtomobil hərəkəti bərpa olunur. Bu haqda ShimalNews 22 avqust tarixində Bizim.Media-ya istinadən məlumat verir.

Dolu və leysanın çoxsaylı fəsadlar törətdiyi yolun 36-42-ci km-də hərəkət zolağı nəqliyyat vasitələri üçün artıq tam açılıb.

5 saylı yol istismar idarəsinin sahə rəisi Bilal Sultanovun bildirdiyinə görə, Quba-Xınalıq yolunun çiyin hissələrinin və su ötürücülərin giriş və çıxışlarının bərpası işləri aparılır.