Bu gün Quba Rayon İcra Hakimiyyətinin birinci müavini Tariyel İbrahimov sakinlərin səyyar qəbulunu keçirib. Bu barədə ShimalNews 22 avqust tarixində RİH-yə istinadən məlumat verir.

Görüş Xaltan kəndində təşkil olunub. Burada Dövlət Təhlükəsizliyi Xidmətinin rayon şöbəsinin rəisi, rayon Ağsaqqallar Şurasının sədri, rayonun bütün idarə, müəssisə və təşkilatlarının rəhbərləri iştirak ediblər.

Vətəndaşlar tərəfindən qaldırılan məsələlərin həlli məqsədilə aidiyyəti şəxslərə tapşırıqlar verilib.