Quba-Xaçmaz Regional Təhsil İdarəsi məşqçi və tərbiyəçi-müəllimlərin məlumatlarından ibarət elektron baza yaradır. Bu haqda ShimalNews 22 avqust tarixində quruma istinadən məlumat verir.
Sistemdə Regional Təhsil İdarəsi tərəfindən dövlət ümumi, məktəbdənkənar və məktəbəqədər təhsil müəssisələrində çalışan, pedaqoji fəaliyyəti ilə fərqlənən, yüksək peşə səriştələrinə malik, nüfuzlu müəllimlər yer alacaqlar.
Aşağıda qeyd olunan meyarlara cavab verən müəllimlər məlumatlarının bazaya daxil edilməsi üçün avqustun 31-dək çalışdıqları müəssisənin rəhbərliyinə müraciət edə və ya https://shorturl.at/hDGQ2 keçidindən istifadə etməklə qeydiyyatdan keçə bilərlər.
Namizədlər üçün tələb olunan mütləq meyarlar:
- Pedaqoji təcrübə- azı 10 il
- Qiymətləndirmə nəticəsi – 70%-dən yuxarı;
- Barəsində son 1 ildə intizam tənbehinin olmaması.
Ən azı birinin olması mütləq olan meyarlar
- Təhsildə inkişaf və innovasiyalar üzrə qrant müsabiqə qalibi olması;
- “İlin ən yaxşı müəllimi” müsabiqəsinin qalibi olması;
- Şagirdlərinin fənn olimpiadalarında qalib olması (Respublika mərhələsində);
- Şagirdlərinin fənn müsabiqələrində qalib olması(Respublika mərhələsində);
- Şagirdlərinin beynəlxalq olimpiadalarda qalib olması;
- Şagirdlərinin “Ən yaxşı təqdimat” müsabiqəsində qalib olması;
- IV sinif monitorinqi nəticələrinin yüksək olması (şagirdinin 50% yüksək nəticə toplaması);
- IX və XI sinif buraxılış nəticələrinin yüksək olması (şagirdinin 50% yüksək nəticə toplaması);
- Şagirlərinin idman və ya yaradıcılıq müsabiqələrində qalib olması.