Qubada 2 avtomobil qəzaya uğrayıb. Bu barədə ShimalNews 22 avqust tarixində məlumat verir.

Hadisə bu gün saat 16:30 radələrində H.Əliyev prospektində (“Qafqaz oil”in yanında) baş verib. “VAZ-2106” markalı avtomobil “VAZ-210699” markalı nəqliyyat vasitəsi ilə toqquşub. Xəsarət alan olmayıb. Əraziyə polis əməkdaşları cəlb olunublar.

Daha öncə bu yolda “VAZ-2107” və “Mercedes” markalı avtomobillər toqquşmuşdu.