Qusar Dövlət Ləzgi Dram Teatrının baş rejissoru postundan ayrılıb. Bu haqda ShimalNews 22 avqust tarixində Bizim.Media-ya istinadən məlumat verir.
5 iyul tarixində rejissor Əliyar Əliyevin Mədəniyyət Nazirliyi ilə bağladığı müqaviləyə xitam verilib. Nazirliyin mətbuat katibi Aynur Kərimovanın bildirdiyinə görə, Əliyar Əliyev baş rejissor vəzifəsindən öz xahişi ilə ayrılıb.
Ləzgi Dram Teatrının direktoru Faiq Qardaşov isə məsələ ilə bağlı hər hansı açıqlama vermək istəməyib.