İsmayıllının bir sıra ərazilərinin qaz təminatında məhdudiyyətlər olacaq. Bu haqda ShimalNews 22 avqust tarixində məlumat verir.
23 avqust saat 09:30-dan etibarən təmir işləri başlayacaq. Proses başa çatanadək İsmayıllı şəhəri, Cülyan, Buynuz, Topçu, Qalınçaq, Quşencə, Zoğallıq, Göytəpə, Xanagah, Qurbanəfəndi, İstisu, Sumağallı, Çayqovuşan, Qalacıq, Talıstan, Diyallı, 2-ci Yeniyol, Təzəkənd, 1-ci Yeniyol, Qaraqaya, Gəndov, Namazgah, Lahıc, Ərəgit, Zeyvə, Bizlan, Basqal, Zərgəran və Tircan kəndlərinin qaz təminatında fasilə olacaq.
Xətlərin təmiri icra olunandan sonra təminat bərpa ediləcək.