Bu gün Xaçmazda “Sağlam həyat tərzini seçirik, narkomaniyaya yox deyirik” mövzusunda tədbir keçiriləcək. Bu barədə ShimalNews 22 avqust tarixində Gənclər və İdman Sektoruna istinadən məlumat verir.
Aksiya saat 19:00-da Fəvvarələr parkında təşkil olunacaq. Tədbirin əsas məqsədi gəncləri narkomaniya və narkotik maddələrin sağlamlıqda yaratdığı fəsadlar barədə məlumatlandırmaqdır.