Xaçmazda stolüstü tennisçilərin təlim-məşq toplanışı başlayıb. Bu haqda ShimalNews 22 avqust tarixində Azərbaycan Stolüstü Tennis Federasiyasına (ASTF) istinadən məlumat verir.

Olimpiya İdman Kompleksində keçirilən məşqlərə 15 idmançı qatılıb. Tədbirlərin əsas məqsədi 8-9 yaşlı tennisçilərin hazırlıq səviyyəsinin artırılmasıdır.