Şimal bölgəsinin meşəbəyliklərində təmizlik aksiyaları keçirilib. Bu haqda ShimalNews 21 avqust tarixində Ekologiya və Təbii Sərvətlər Nazirliyinə istinadən məlumat verir.

İməcilik işləri Xaçmaz rayonunun Xudat, İsmayıllı rayonunun Qalınçaq, Xızı rayonunun Giləzi və digər meşəbəyliklərində aparılıb.

Aksiyaya ETS, Gənclər və İdman nazirliklərinin regional bölmələrinin, Meliorasiya və Su Təsərrüfatı ASC-nin regional suvarma idarələrinin, RİH orqanlarının, yerli icra hakimiyyəti orqanlarının əməkdaşları və rayon sakinləri qatılıblar.

Ümumilikdə ötən gün keçirilən “Təmiz ölkəm” aksiyası çərçivəsində 2.6 tondan artıq müxtəlif növ tullantı yığılaraq ərazilərdən daşınıb.