Xaçmaz rayonunda pomidorun qiymətində bahalaşma müşahidə edilir. Bu barədə 21 avqust tarixində ShimalNews-a məlumat daxil olub.
Alıcıların sözlərinə görə, əvvəl Xaçmazın Təzə bazarında 6-6.5 manata pomidorun 1 yeşiyini alırdılar. İndi isə eyni həcmdə məhsul 9 manata satılır.
Həmçinin bazarda bibərin 1 kilosu 65-70 qəpik, badımcanın 1 kilosu isə 40-45 qəpiyə təqdim edilir.
Daha öncə yay ərəfəsində pomidorun qiymətinin qalxması haqqında məlumat vermişdik.
