Xaçmazda 2 nəqliyyat vasitəsi toqquşub. Bu haqda ShimalNews 21 avqust tarixində Report-a istinadən məlumat verir.
Qəza Nabran kəndində baş verib. Burada “VAZ-2107” və “Opel” markalı avtomobillər toqquşub. Hadisə nəticəsində 44 yaşlı Səxavət Hüseynzadə dünyasını dəyişib, 61 yaşlı Hacıbaba Xuruci isə müxtəlif dərəcəli xəsarətlər alıb. O, xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.