Xaçmazda birmərtəbəli evdə yanğın baş verib. Bu haqda ShimalNews 21 avqust tarixində Fövqəladə Hallar Nazirliyinə istinadən məlumat verir.

Hadisə Həsənqala kəndində qeydə alınıb. Ümumi sahəsi 70 kv.m olan 3 otaqlı evin bir otağının tavanı 20 kv.m sahədə yanıb.

Əraziyə cəlb edilən yanğınsöndürənlər evin qalan hissəsini yanğından mühafizə ediblər.