FHN-in Şimal Regional Mərkəzi maarifləndirici təlim keçirib. Bu barədə ShimalNews 21 avqust tarixində Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.

“Kəşfiyyat və müşahidə manqa komandirləri” təliminin keçirilməsində məqsəd fövqəladə hallar, yanğınların başvermə səbəbləri barədə məlumatın verilməsi və mülki müdafiə qüvvə və vasitələrinin idarə olunması üzrə bacarıqlarının təkmilləşdirilməsi olub.

Bundan əlavə, fərdi və kollektiv mühafizə vasitələrindən istifadə, həmçinin mövzulara aid fotoslayd və videoçarxlar nümayiş etdirilib.