Qusarda alov 6 ton ot bağlamasını kül edib. Bu barədə ShimalNews 21 avqust tarixində Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
Hadisə Salahoba kəndində qeydə alınıb. Əraziyə FHN-in yanğından mühafizə bölmələri cəlb edilib. Onlar 80 kv.m-lik sahədə yığılan 20 ton ot bağlamasının 14 tonunu yanğından mühafizə ediblər.
Alov söndürülüb.