Qubada “Təbiəti dinlə” adlı yoqa sessiyası baş tutub. Bu barədə ShimalNews 21 avqust tarixində Ekologiya və Təbii Sərvətlər Nazirliyinə istinadən məlumat verir.

Təlim Şahdağ Milli Parkında – Xanəgah şəlaləsinə yaxın ərazidə yoqa təlimçisi Günel Alisoyun iştirakı ilə təşkil olunub. Burada müxtəlif yaş təbəqələrini əhatə edən 50 nəfərdən artıq turist iştirak edib. Onlar üçün, həmçinin yoqanın tarixini, fəlsəfəsini əks etdirən film təqdim olunub.

Tədbir çərçivəsində iştirakçılar Xanəgah marşrutu boyunca yürüş edib və Şahdağ Milli Parkının zəngin fauna və flora növləri ilə bağlı məlumatlar alıblar.