İsmayıllıda kikboksinq idman növü üzrə nümunəvi çıxışlar təqdim edilib. Bu barədə ShimalNews 21 avqust tarixində Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsinə  istinadən məlumat verir.

“Narkomaniyaya yox deyək!” devizi altında keçirilən tədbir Heydər Əliyev prospektində baş tutub. Məqsəd yeniyetmələri zərərli vərdişlərdən qorumaq, onları sağlam həyat tərzinə cəlb etmək və kikboksinq idman növünə marağı artırmaqdır.

Tədbir Xüsusi Təyinatlı İdman Klubunun direktoru Bayram Qəhrəmanovun rəhbərliyi ilə həyata keçirilib.