İsmayıllı şəhərində yeni tikilən yanacaqdoldurma stansiyası (YDS) istifadəyə verilib. Bu barədə ShimalNews 21 avqust tarixində FED.az-a istinadən xəbər verir.

Məlumata görə, ilk “SOCAR” brendli məntəqə Nizami küçəsi, 34 ünvanında yerləşir. Açılış tədbirində “SOCAR PETROELUM” QSC-nin nümayəndələri və “Kapital Bank”ın əməkdaşları iştirak ediblər.

Cəmiyyətin nümayəndəsi çıxışında bildirib ki, yanacaqdoldurma stansiyasında 27 yeni iş yeri də yaradılıb. Burada 5 yanacaqpaylayıcı kalonka quraşdırılıb və “Aİ-92”, “Aİ-95” Premium və “Dizel”  markalı yanacaq məhsullarının satışı həyata keçiriləcək.