İsmayıllıda icra başçısı sakinlərin səyyar qəbulunu keçirib. Bu barədə ShimalNews 21 avqust tarixində RİH-yə istinadən məlumat verir.

Görüş Kürdüvan kəndində təşkil edilib. Burada dövlət qurumlarının nümayəndələri də iştirak ediblər. Qəbulda vətəndaşların müraciətləri diqqətlə dinlənilib, araşdırma tələb edən müraciətlər qeydiyyata alınaraq həlli üçün müvafiq tapşırıqlar verilib.

İsmayıllı: icra başçısı Kürdüvan kəndində vətəndaşlarla görüşüb
Foto RİH