Gənclərin İnkişaf və Karyera Mərkəzi fəal gənclər üçün həftəlik fəaliyyət planı təqdim edib. Bu barədə ShimalNews 23 avqust tarixində mərkəzə istinadən məlumat verir.
GİKM-in rayon nümayəndəliyində 21-27 avqust tarixlərində görüləcək işlərin cədvəli aşağıda təqdim olunur:
– 21 avqust saat 14:00-da “Layihə meneceri ol” təlimi;
– 22 avqust saat 11:00-da rəsm dərsləri;
– 22 avqust saat 15:00-da “Diksiya akademiyası” layihəsi (Siyəzən);
– 25 avqust saat 11:00-da film nümayişi;
– 25 avqust saat 15:00-da “Rəqəmsal Gənclik” layihəsi (Xaçmaz);
– 25 avqust saat 15:00-da “Niyə İT sahəsini öyrənməliyik” təlimi (Xaçmaz).