İsmayıllı və Qubada qanunsuz kömür quyuları aşkarlanıb. Bu barədə ShimalNews 21 avqust tarixində Ekologiya və Təbii Sərvətlər Nazirliyinə istinadən məlumat verir.

Araşdırma zamanı İsmayıllının Ruşan və Qubanın Girdah kəndlərində qanunsuz yolla ağac kömürünün istehsalı qeydə alınıb. Nəticədə İsmayıllı sakini Taleh Şirinov və Quba sakinləri Rizvan Məmmədovla Maqsud Nizamov məsuliyyətə cəlb olunublar.

Həmin şəxslər barəsində qanunamüvafiq tədbirlər görülüb, kömür quyuları isə ləğv olunub.