Bakı-Quba yolunda avtobus sürücüsü magistral yolda sərnişinləri təhlükəyə atıb. Bu haqda ShimalNews 21 avqust tarixində Xəzər Xəbər-ə istinadən məlumat verir.
İddia edilir ki, avtobus ”Uğurlu Yol” Məhdud Məsuliyyətli Cəmiyyətə məxsusdur. Ekspert Aslan Əsədov bildirir ki, sürücü burada kobud qayda pozuntusuna yol verib. O hesab edir ki, açıq qapıdan piyada yola yıxıla bilər və bu hal onun ölümünə səbəb ola bilər.
Sözügedən qayda pozuntusu ilə bağlı Yerüstü Nəqliyyat Agentliyindən bildirilib ki, bu məsələ həftənin bazar ertəsi daşıyıcı şirkətlə araşdırılacaq və lazımi tədbirlər görüləcək.