Xaçmazda əyləncəli konsert təşkil olunacaq. Bu barədə ShimalNews 19 avqust tarixində Gənclərin İnkişaf və Karyera Mərkəzinə (GİKM) istinadən məlumat verir.

Avqustun 20-si saat 15:00-da “FAT’s” qrupu rok musiqisi təqdim edəcək. Performans Heydər Əliyev Mərkəzində baş tutacaq.

Tədbir Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsi və GİKM-in Quba-Xaçmaz regional nümayəndəliyinin birgə təşkilatçılığı ilə keçiriləcək.