Xaçmazda “Astrofest” adlı kamp-festival təşkil olunacaq. Bu barədə ShimalNews 18 avqust tarixində məlumat verir.

Festival avqustun 26-sı və 27-si Samur Yalama Milli Parkında baş tutacaq. Tədbir çərçivəsində tarot falı, stolüstu oyunlar olacaq və canlı musiqi səsləndiriləcək. Həmçinin axşam möhtəşəm “texno party” və gecə teleskopla ulduzları seyr təşkil olunacaq.

Bundan əlavə, gələn qonaqlar üçün astroloq tərəfindən Juno analizi də ediləcək.

Ətraflı məlumat üçün (050)775-23-48 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.